
Almaniya universitetlərinin tələbləri nədir?
Almaniya universitetləri Qərbi Avropanın ən yaxşı, keyfiyyətli təhsil verən universitetləri sırasındadır.
Azərbaycan məktəb sistemindən məzun olanlar Almaniya universitetlərinə birbaşa bakalavr pilləsinə qəbul ala bilmir, 1 il yerli universitetdə oxumaq və ya Studienkolleg (Hazırlıq kursu) keçmək lazımdır. Magistrlər üçün isə xüsusi prosedur yoxdur. Azərbaycan universitetlərinin bakalavr diplomu birbaşa tanınır.
Almaniya universitetlərinə qəbul üçün yaxşı GPA tələb olunur (ən azı 75% və ya 3.0/4.0). Texniki universitetlərdə (TUM, RWTH Aachen) və tibb fakültələrində GPA daha yüksək olmalıdır.
- Addım #1: Almaniya universitetlərinin tələbləri nədir?
- Addım #2: Dil Bilikləri tələbləri nədir?
- Addım #3: Müraciət prosesi və sənədlər
- Addım #4: Təhsil haqqı və təqaüd proqramları
- Addım #5: Viza və icazə məsələləri
Dil Bilikləri tələbləri nədir?
Alman dilli proqramlar üçün:
- TestDaF (min. 16 bal)
- DSH-2 (Alman universitetlərində keçirilir)
- Goethe C1 və ya Telc C1 Hochschule
İngilis dilli proqramlar üçün:
IELTS (min. 6.5-7.0) və ya TOEFL (min. 90-100 IBT) Xüsusilə nəzərə almaq lazımdır ki, Almaniyada bakalavr proqramlarının əksəriyyəti almanca, magistr proqramlarının isə çoxu ingiliscə tədris olunur.
Müraciət prosesi və sənədlər
Almaniya universitetlərinə müraciət üçün bir çox sənədlər tələb olunur. Bu sənədlər arasında motivasiya məktubu, tərcümeyi-hal, tövsiyə məktubları, transkript və diplomlar var.
Təhsil haqqı və təqaüd proqramları
Dövlət universitetlərində təhsil pulsuzdur (Bəzi ştatlarda simvolik 1500-3000 avro ola bilər). Semesterbeitrag (yarımillik tələbə rüsumu) – 100-400 avro. Almaniya üçün minimum 11,208 avro (ayda ~934 avro) olan Bloklanmış hesab (Sperrkonto) açmaq lazımdır. Təqaüdlər və maliyyə dəstəyi üçün:
- DAAD (Almaniya hökumət təqaüdü)
- Deutschlandstipendium (Akademik müvəffəqiyyət üçün)
- Erasmus+ (Avropa İttifaqı təqaüdü)
- Friedrich Ebert Stiftung, Konrad Adenauer Stiftung (Siyasi fondların təqaüdləri)
Viza və icazə məsələləri
Almaniyaya tələbə vizası üçün sənədlərin hazırlanması prosedurunda univbersitetə qəbul məktubu və bloklanmış bank hesabı (Sperrkonto) vacibdir. Tələbə vizası ilə həftədə 20 saat işləmək mümkündür.