Yardım xətti: +994 50 836-44-99

10:00 - 18:00

İş saatları:

10:00 - 18:00

cover

Çin universitetlərinə qəbul qaydalarında yeniliklər

Çin universitetlərində bakalavr pilləsi üzrə təhsil almaq istəyən tələbələr üçün yeni qəbul qaydası tətbiq olunub. Mərkəzimiz bu istiqamətdə Çində təhsil almaq istəyən şəxslərə tam dəstək göstərir.

Artıq 2026-cı ildən etibarən Çin universitetlərinə müraciət edən xarici tələbələr riyaziyyat fənnindən imtahan verməli olacaqlar. Bu imtahan Çin dövlətinin rəsmi daxili imtahanı hesab olunur və beynəlxalq tələbələr üçün məcburidir. Namizədlər imtahanı həm Çin, həm də ingilis dilində vermək hüququna malikdirlər.

 Universitetlərin tələbinə uyğun olaraq abituriyentlər riyaziyyatla yanaşı fizika və ya kimya fənlərindən də əlavə imtahan verəcəklər. Bu proses ixtisasa uyğun olaraq müəyyənləşdirilir. Məsələn, mühəndislik və texniki ixtisaslar üçün fizika, tibb və biotexnologiya istiqamətləri üçün isə kimya imtahanı daha üstün tutulur.

İmtahan online formatda təşkil olunur və nəticələrə əsasən tələbələrə rəsmi sertifikat təqdim edilir.

Sözügedən imtahanlardan yüksək nəticə əldə edən tələbələr təqaüd qazanmaq imkanı əldə edirlər. Yəni yalnız qəbul üçün deyil, həm də maliyyə dəstəyi üçün yüksək bal böyük rol oynayır.

Mərkəzimiz tələbələrə bir neçə istiqamətdə tam dəstək təqdim edir. Peşəkar müəllimlərlə imtahana hazırlıq proqramları,online sınaq imtahanlarında iştirak imkanı, imtahana qeydiyyat prosesində tam dəstək və Çin universitetlərinə müraciət və qəbulun tam müşayiəti.

Dərslər həm əyani, həm də onlayn formatda keçirilir. Çində təhsil planlayan tələbələrə isə prosesi gecikdirmədən, vaxtında başlamağı tövsiyə edirik.

 

Müraciət formu

Səyahətinizə bu gün başlayın! Formu doldurun, mütəxəssislərimizlə əlaqə saxlayın və akademik və karyera hədəflərinizə doğru ilk addımı atın.

Bizimlə Əlaqə

Xaricdə təhsil ilə bağlı məsləhətə ehtiyacınız var? Peşəkar konsultantlarımız sizə kömək etməyə hazırdır! Bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz:

Phone

Zəng edin

+994 50 836-44-99
Mail

E-mail yazın

[email protected]
Location

Ünvana gəlin

203 Nizami küçəsi, Bakı (AF Business House, 4-cü mərtəbə)