Bizi izlə:
Facebook Instagram Linkedin Tiktok
clock İş saatları:

10:00 - 18:00

phone Yardım xətti: +994 50 836-44-99

10:00 - 18:00

cover

Giriş

Amerikada magistr təhsili almaq istəyən tələbələr üçün müraciət prosesi akademik göstəricilər, standart testlər, motivasiya məktubu və tövsiyə məktubları kimi bir neçə vacib mərhələdən ibarətdir. Bu bələdçidə 2025-ci il üçün yenilənmiş magistr müraciət prosesini və vacib detallarını izah edəcəyik.

Amerikada magistr təhsili üçün əsas şərtlər nələrdir?

Amerikada magistr təhsili almaq üçün tələbələrin müəyyən akademik və dil biliklərinə, eləcə də əlavə bacarıqlara sahib olması tələb olunur. Hər universitetin və fakültənin öz spesifik tələbləri olsa da, ümumi qəbul şərtləri müəyyən çərçivədə eynidir. Əgər siz ABŞ-də magistratura oxumaq istəyirsinizsə, aşağıdakı əsas şərtlərə cavab verməlisiniz.

  • Bakalavr dərəcəsi və akademik göstəricilər (GPA)
  • İngilis dili bilikləri (TOEFL, IELTS, Duolingo)
  • GRE və ya GMAT imtahan nəticələri
  • İş təcrübəsi və əlavə şərtlər

Bakalavr Dərəcəsi və Akademik Göstəricilər (GPA). Amerikada magistratura təhsili üçün namizədlərdən rəsmi tanınmış universitetdən bakalavr dərəcəsi tələb olunur. Çox vaxt bu dərəcə 4 illik bakalavr proqramını tamamlamağı tələb edir. Qeyd edək ki, GPA (Grade Point Average - Orta Bal Göstəricisi) əksər universitetlər üçün əsas qəbul meyarlarından biridir. Minimum tələb olunan GPA 3.0/4.0 olsa da, Harvard, MIT, Stanford kimi nüfuzlu universitetlər üçün GPA 3.5+ olmalıdır.

İngilis Dili Bilikləri (TOEFL, IELTS, Duolingo). Beynəlxalq tələbələr üçün ingilis dili biliklərini təsdiq edən sertifikatlar tələb olunur. Ən çox qəbul edilən imtahanlar:

İmtahan

Minimum Tələb

TOEFL iBT

            90+

IELTS

            6.5+

Duolingo English Test

            110+

Ivy League kimi prestijli universitetlərdə bu tələblər daha yüksək ola bilər (TOEFL 100+, IELTS 7.0+). Qeyd edək ki, əgər ingilis dilində bakalavr təhsili almısınızsa, bəzi universitetlər sizdən dil sertifikatı tələb etməyə bilər.

GRE və ya GMAT imtahan nəticələri. GRE (Graduate Record Examination) və GMAT (Graduate Management Admission Test) imtahanları müəyyən magistr proqramları üçün tələb olunur.

İmtahan

Kimlər üçün lazımdır?

Orta Bal Aralığı

GRE

Elm, mühəndislik, sosial elmlər, humanitar sahələr

310-330

GMAT

MBA və biznes proqramları

600-700

Bəzi universitetlər GRE və GMAT imtahanını tələb etmir və ya test-optional (məcburi deyil) siyasət tətbiq edirlər. Əgər biznes və idarəetmə sahəsində magistr təhsili almaq istəyirsinizsə, GMAT balınız nə qədər yüksək olsa, qəbul şansınız bir o qədər artar.

İş təcrübəsi və əlavə şərtlər. Bəzi magistr proqramları, xüsusilə MBA və hüquq proqramları 2-5 il iş təcrübəsi tələb edə bilər. Həmçinin tibb, hüquq və mühəndislik kimi sahələrdə peşəkar sertifikatlar və praktik təcrübələr tələb olunur. Qeyd edək ki, əgər ixtisasınız tədqiqat yönümlüdürsə, elmi məqalələr və layihələr qəbul zamanı üstünlük qazandıracaqdır.

Amerikada magistr müraciəti üçün vacib sənədlər hansılardır?

Yuxarıda da qeyd etdiyimiz kimi, Amerikada magistr təhsili üçün müraciət edərkən universitetlər tələbələrdən bir sıra akademik, dil bilikləri və şəxsi bacarıqları təsdiq edən sənədlər tələb edirlər. Bu sənədlər müraciət prosesinin əsas hissəsini təşkil edir və düzgün hazırlandıqda qəbul şansınızı artırır. Aşağıda magistratura proqramına müraciət üçün ən vacib sənədlərin siyahısı qeyd edilmişdir:

  • Bakalavr Diplomu və Transkriptlər
  • İngilis Dili Sertifikatı (TOEFL və ya IELTS)
  • GRE və ya GMAT Sertifikatı (Əgər tələb olunursa)
  • Motivasiya məktubu (Statement of Purpose - SOP)
  • Tövsiyə məktubları (Recommendation Letters)
  • CV və ya Portfolyo (İxtisasdan asılıdır)

Sənədlərin tam olması ilə birlikdə diqqət edilməli olan nüanslar da var:

  • Transkriptlərinizi rəsmi təsdiq etdirin və ingilis dilinə tərcümə edin.
  • TOEFL/IELTS imtahan nəticələrinizi vaxtında əldə edin.
  • GRE və ya GMAT lazım olub-olmadığını yoxlayın və erkən imtahan verin.
  • Motivasiya məktubunuzu (SOP) fərdiləşdirərək güclü yazın.
  • Professorlar və iş yerlərindən tövsiyə məktublarını əvvəlcədən istəyin.
  • CV və ya portfolyonuzu universitetin tələblərinə uyğun şəkildə hazırlayın.

Unutmayın ki, bütün bu sənədləri yüksək keyfiyyətlə hazırlamaq magistraturaya qəbul şansınızı artıracaqdır!

Amerikada magistr təhsili üçün müraciət prosesi necə olmalıdır?

Amerikada magistr təhsili almaq istəyən tələbələr üçün müraciət prosesi bir neçə əsas mərhələdən ibarətdir. Uğurlu bir müraciət üçün doğru universiteti seçmək, tələb olunan testlərə hazırlaşmaq, lazım olan sənədləri toplamaq və qəbul üçün müəyyən prosedurları yerinə yetirmək vacibdir. Aşağıda mərhələli şəkildə magistratura müraciət prosesini izah etmişik.

Proqramları və universitetləri araşdırın. Magistr təhsili üçün ilk addım hansı sahədə oxumaq istədiyinizi və hansı universitetlərin sizin üçün daha uyğun olduğunu müəyyənləşdirməkdir. Bunun üçün: 

  • Seçmək istədiyiniz ixtisasın fərqli universitetlərdə necə tədris olunduğunu araşdırın.
  • Hər universitetin magistr proqramlarının müddəti, tədris proqramı və tədqiqat imkanları ilə tanış olun.
  • QS World University Rankings və US News & World Report kimi reytinq platformalarından universitetlərin nüfuzunu yoxlayın.
  • Maliyyə dəstəyi və təqaüd imkanlarını qiymətləndirin.

Qəbul tələblərini yoxlayın. Hər universitetin magistr proqramına qəbul şərtləri fərqlidir. Bəzi proqramlar GRE/GMAT imtahanını tələb edərkən, digərləri iş təcrübəsi və ya əlavə portfolyo istəyə bilər.

Standart testlərə hazırlaşın. Amerikada magistr təhsili üçün müraciət edərkən TOEFL, IELTS, GRE və ya GMAT kimi beynəlxalq testlər tələb olunur. Unutmayın ki, imtahanlar üçün erkən hazırlığa başlamaq lazımdır. Minimum 6-12 ay əvvəldən testlərə hazırlaşın və istədiyiniz nəticəni əldə etmək üçün test strategiyanızı qurun.

Lazımi sənədləri hazırlayın. Müraciət üçün əsas sənədləri vaxtında hazırlamaq çox vacibdir. Sənədlərinizi minimum 2-3 ay əvvəl tamamlamağa çalışın.

  • Bakalavr diplomu və transkriptlər: İngilis dilinə rəsmi tərcümə edilməlidir.
  • TOEFL/IELTS nəticələri: Universitetin tələb etdiyi minimum balı əldə edin.
  • GRE və ya GMAT nəticələri: Əgər tələb olunursa, imtahan nəticələrinizi əlavə edin.
  • Motivasiya məktubu (Statement of Purpose - SOP): Sizi bu proqram üçün ideal namizəd kimi göstərən güclü bir yazı hazırlayın.
  • Tövsiyə məktubları: Minimum 2-3 akademik və ya iş referansı təqdim edin.
  • CV və ya portfolio: Akademik və peşəkar təcrübələrinizi əks etdirən mükəmməl CV hazırlayın.

Müraciəti göndərin. Magistr proqramlarına müraciət üçün online müraciət portallarından istifadə olunur. Ən məşhur platformalar bunlardır:

  • Common App (bir neçə universitetə eyni anda müraciət etmək üçün)
  • Universitet Portalları (birbaşa universitetlərin rəsmi müraciət səhifələrində qeydiyyatdan keçmək lazımdır)
  • ApplyWeb, Slate və ya UCAS (bəzi universitetlər bu sistemlərdən istifadə edir)

Universitetlərə müraciət etmək üçün müəyyən ödəniş tələb olunur. Əgər maliyyə çətinliyiniz varsa, "Application Fee Waiver" üçün müraciət edərək ödənişdən azad ola bilərsiniz.

Müsahibəyə hazırlaşın. Bəzi universitetlər, xüsusilə prestijli proqramlar üçün namizədlərlə müsahibə keçirir. Bu müsahibələr Zoom və ya Microsoft Teams vasitəsilə onlayn şəkildə baş tutur. Müsahibədə əsasən aşağıdakı suallar verilir:

  • Niyə bu proqramı seçmisiniz?
  • Akademik və peşəkar məqsədləriniz nələrdir?
  • Sizi digər namizədlərdən fərqləndirən xüsusiyyətlər hansılardır?
  • Bu universitetdə hansı professorlarla işləmək istəyirsiniz?

Müsahibədən əvvəl proqram və universitet haqqında geniş araşdırma edin və suallara cavab vermək üçün qısa, konkret və inandırıcı cavablar hazırlayın.

Amerikada magistr təhsili üçün burs və maliyyə dəstəyi

Amerikada magistr təhsili almaq istəyən beynəlxalq tələbələr üçün təqaüdlər və maliyyə yardımları böyük əhəmiyyət kəsb edir. Təhsil xərcləri yüksək olduğuna görə müxtəlif universitetlər, hökumət proqramları və özəl fondlar tam və ya qismən maliyyələşdirilən burslar təqdim edirlər. Aşağıda ən vacib burs və maliyyə dəstəyi imkanları qeyd edilmişdir:

  • Fulbright Təqaüdü (Tam maliyyələşdirilən dövlət proqramı)
  • Ivy League və Prestijli Universitetlərin Maliyyə Yardımı
  • Tədqiqat və Assistent Proqramları (Teaching & Research Assistantships)
  • Özəl Fondlar və Qeyri-Hökumət Təqaüdləri

Fulbright Təqaüdü (Tam maliyyələşdirilən dövlət proqramı). Bu, ABŞ hökuməti tərəfindən maliyyələşdirilən tam təqaüdlü proqramdır. Ödənişlər təhsil haqqı, yaşayış xərcləri, tibbi sığorta və gediş-gəliş biletini əhatə edir. Sözügedən təqaüd proqramı akademik və liderlik potensialı yüksək olan beynəlxalq tələbələr üçün nəzərdə tutulub. Təqaüdü qazanmaq üçün isə əla akademik göstəricilər, yüksək ingilis dili bilikləri (TOEFL 90+, IELTS 6.5+), güclü motivasiya məktubu tələb olunur.

Ivy League və Prestijli Universitetlərin Maliyyə Yardım. Harvard, Yale, Princeton, MIT kimi universitetlər maliyyə ehtiyacına əsaslanan təqaüdlər təklif edir. Bu təqaüdlər maddi imkanı olmayan, lakin yüksək akademik göstəricilərə malik tələbələr üçün nəzərdə tutulub. Təqaüd təhsil haqqını qismən və ya tam şəkildə ödəyə bilər. Qeyd edək ki, Ivy League universitetlərinin təqaüdlərinə müraciət edərkən erkən müraciət etmək və güclü akademik göstəricilər təqdim etmək çox vacibdir.

Tədqiqat və Assistent Proqramları (Teaching & Research Assistantships). Tədris və tədqiqat assistentlikləri tələbələrə məktəbin laboratoriyalarında və ya dərslərində işləməklə əlavə gəlir əldə etməyə imkan verir. Bu təqaüd təhsil haqqının qismən və ya tam ödənilməsini, yaşayış xərclərini qarşılamağı nəzərdə tutur. Həmçinin təqaüd akademik tədqiqatlarda və ya dərs deməkdə maraqlı olan tələbələr üçün verilir. 

Özəl fondlar və qeyri-hökumət təqaüdləri. Bu təqaüdlərə aşağıdakılar daxildir:

  • AAUW International Fellowships (xüsusilə qadın tələbələr üçün nəzərdə tutulmuş maliyyə dəstəyidir)
  • Joint Japan/World Bank Scholarship (inkişaf etməkdə olan ölkələrdən olan tələbələr üçün təqaüd proqramıdır)
  • Rotary Foundation Global Grant (sosial sahələrdə çalışan tələbələr üçün maliyyə dəstəyidir)
  • Chevening Scholarship (dünya səviyyəsində liderlik potensialı olan namizədlər üçün təklif olunan təqaüd proqramıdır)

Qeyri-hökumət təqaüdləri adətən konkret sahələrdə təhsil alan tələbələrə verilir, buna görə də uyğun proqramları diqqətlə araşdırmaq lazımdır.

Amerikada magistr təhsili üçün müraciət prosesilə bağlı tez-tez verilən suallar

Bütün bu qeyd etdiklərimizlə yanaşı ABŞ-də magistr təhsilinə müraciət prosesilə bağlı tez-tez verilən suallar var ki, o sualları və sualların cavablarını təqdim edirik. 

Magistr proqramlarına müraciət üçün neçə tövsiyə məktubu lazımdır?

Əksər universitetlər minimum 2-3 tövsiyə məktubu tələb edirlər. Bu məktubları sizi yaxşı tanıyan akademik müəllimləriniz, elmi rəhbərləriniz və ya iş yerinizdəki rəhbərləriniz yazmalıdır. Güclü tövsiyə məktubları qəbul şansınızı artırır.

Amerikada magistr təhsili üçün müraciət tarixləri 

Amerikada magistr proqramlarına qəbul müxtəlif dövrlərdə həyata keçirilir. Universitetlər əsasən payız, yaz və yay semestrləri üçün tələbə qəbul edirlər. Hər bir müraciət dövrünün özünəməxsus üstünlükləri və məhdudiyyətləri var. Uğurlu bir müraciət üçün universitetlərin müraciət tarixlərini və son müraciət tarixlərini diqqətlə izləmək vacibdir.

Magistr proqramına müraciət üçün son tarixlər hansılardır?

Payız qəbulu sentyabr–yanvar ayları arası, yaz qəbulu may-oktyabr ayları arası, yay qəbulu yanvar–aprel ayları arası baş tutur. Qeyd edək ki, ən çox təqaüd və proqram seçimi payız qəbulu üçün mövcuddur.

Magistr üçün qəbul alandan sonra viza prosesini necə başlamaq lazımdır?

Universitetdən qəbul məktubu aldıqdan sonra sizə I-20 Forması göndəriləcək. Bununla F-1 tələbə vizasına ABŞ səfirliyində müraciət etməlisiniz. Viza görüşünə gedərkən qəbul məktubu, maliyyə sənədləri və pasportunuzu təqdim etməlisiniz.

Bakalavr ixtisasım fərqlidirsə, magistr üçün müraciət edə bilərəmmi?

Bəzi universitetlər tələb edir ki, magistr dərəcəsi bakalavr ixtisası ilə uyğun olsun, lakin bir çox universitetlər keçid proqramları və hazırlıq kursları vasitəsilə fərqli sahələrə keçid etməyə imkan verir. MBA və IT kimi proqramlar üçün fərqli sahədən gələn tələbələr qəbul edilə bilər. Eyni formada Amerikada hüquq oxumaq istəyənlər də bir neçə lazımi imtahanı verərək fərqli sahədən hüquqa keçə bilər. 

ABŞ-də magistr oxuyarkən ixtisas dəyişdirmək mümkündürmü?

Bəli, bəzi universitetlər tələbələrə magistr proqramı içində ixtisas dəyişmək imkanı verir. Lakin bu, universitetin siyasətindən və tələbənin yeni ixtisas üçün uyğun olub-olmamasından asılıdır.

Müraciət formu

Səyahətinizə bu gün başlayın! Formu doldurun, mütəxəssislərimizlə əlaqə saxlayın və akademik və karyera hədəflərinizə doğru ilk addımı atın.

Form background Form person

Bizimlə Əlaqə

Xaricdə təhsil ilə bağlı məsləhətə ehtiyacınız var? Peşəkar konsultantlarımız sizə kömək etməyə hazırdır! Bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz:

Phone

Zəng edin

+994 50 836-44-99
Mail

E-mail yazın

[email protected]
Location

Ünvana gəlin

Ağ Şəhər, İlqar Mirzəyev 6, Park Place ofis mərkəzi 2-ci mərtəbə.