Bizi izlə:
Facebook Instagram Linkedin Tiktok
clock İş saatları:

10:00 - 18:00

phone Yardım xətti: +994 50 836-44-99

10:00 - 18:00

cover

İngiltərədə ali təhsil almaq əksər gənsin arzusudur. “Dumanlı Albion”un sehrinə düşmək istəyən hər bir gənc üçün İngiltərədə təhsil almaq məqsəddir. İngiltərədə təhsil almaq üçün nələri etmək vacibdir?

Proqram və Universitet Seçimi

İxtisasınıza uyğun universitet və proqramları araşdırın. QS World University Rankings və ya Times Higher Education kimi reytinqlərə baxın.

İngiltərədə təhsil müddəti

İngiltərədə təhsil müddətləri müxtəlif təhsil pilləri üçün fərqlidir:

Bakalavr: 3-4 il
Magistratura: 1-2 il
Doktorantura: 3-4 il

Tələblərin yoxlanılması

Dil biliyi sertifikatı: İngilis dili biliyini sübut etmək üçün IELTS, TOEFL və ya bənzər sertifikatlara ehtiyacınız ola bilər.

Bakalavr və magistratura üçün: IELTS 6.0-7.5 aralığında bal tələb olunur.

Akademik göstəricilər: Orta məktəb, bakalavr və ya magistratura diplomları və transkriptlər təqdim olunmalıdır.

Məktub və CV: Əksər universitetlərdən motivasiya məktubu (Personal Statement) və CV tələb olunur.

Tövsiyə məktubu: Müəllimlərinizdən və ya işəgötürənlərdən tövsiyə məktubu alın.

UCAS Sistemi ilə Müraciət (Bakalavr üçün)

UCAS (Universities and Colleges Admissions Service): İngiltərədə bakalavr təhsili üçün əsas müraciət sistemidir. Bir neçə universitetə eyni anda müraciət etmək mümkündür. Əsas sənədlər:

- Transkriptlər
- IELTS/TOEFL nəticəsi
- Motivasiya məktubu
- Tövsiyə məktubları

Viza Prosesi

Təhsil üçün Tier 4 (Student Visa) tələb olunur. Gərəkli sənədlər:
- CAS (Confirmation of Acceptance for Studies) sənədi – universitetdən qəbul məktubu
- Maliyyə sübutları – təhsil və yaşayış xərclərini ödəyə biləcəyinizi göstərmək üçün
- Dil sertifikatı və digər sənədlər

Maliyyə və Təqaüdlər

Təqaüd proqramlarına erkən müraciət edin. Çoxsaylı beynəlxalq tələbələrə yönəlik maliyyə yardımları mövcuddur.

Müraciət formu

Səyahətinizə bu gün başlayın! Formu doldurun, mütəxəssislərimizlə əlaqə saxlayın və akademik və karyera hədəflərinizə doğru ilk addımı atın.

Form background Form person

Bizimlə Əlaqə

Xaricdə təhsil ilə bağlı məsləhətə ehtiyacınız var? Peşəkar konsultantlarımız sizə kömək etməyə hazırdır! Bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz:

Phone

Zəng edin

+994 50 836-44-99
Mail

E-mail yazın

[email protected]
Location

Ünvana gəlin

Ağ Şəhər, İlqar Mirzəyev 6, Park Place ofis mərkəzi 2-ci mərtəbə.