Bizi izlə:
Facebook Instagram Linkedin Tiktok
clock İş saatları:

10:00 - 18:00

phone Yardım xətti: +994 50 836-44-99

10:00 - 18:00

cover

Giriş

Amerika Birləşmiş Ştatları (ABŞ) dünya üzrə ən keyfiyyətli ali təhsil sistemlərindən birinə sahibdir və hər il minlərlə beynəlxalq tələbə burada təhsil almağı seçir. Universitet  təhsili almaq istəyən tələbələr üçün geniş seçim imkanları, innovativ tədris metodları və qlobal karyera perspektivləri təqdim olunur. ABŞ-də tələbələr akademik azadlıqdan yararlanaraq fərqli ixtisasları seçə və gələcək peşə yollarını öz maraqlarına uyğun şəkildə formalaşdıra bilərlər.

Bu məqalədə ABŞ-də kolleclərin üstünlükləri, ixtisas seçimi, kollecdə oxuyaraq işləmə qaydaları və digər vacib mövzularla bağlı məlumatı ətraflı şəkildə təqdim edirik.

Amerikada Kollec Təhsili Niyə Daha Keyfiyyətlidir?

Amerika Birləşmiş Ştatları (ABŞ) dünyanın ən qabaqcıl ali təhsil sistemlərindən birinə malikdir. Buradakı kolleclər və universitetlər qlobal reytinqlərdə daima ilk sıralarda qərarlaşır. Bunun əsas səbəbləri arasında akademik sərbəstlik, müasir texnologiyalar, ixtisaslaşmış professor heyəti və tələbələrə təqdim edilən geniş imkanlar var.

Akademik Sərbəstlik və Seçim Çoxluğu. ABŞ-də kollec təhsili digər ölkələrlə müqayisədə daha çevik və fərdiləşdirilmişdir. Burada tələbələr ixtisas seçimini dörd illik təhsil müddətinin ilk iki ilində müəyyən edə bilərlər. Bu müddət ərzində onlar müxtəlif sahələr üzrə dərslər götürərək öz maraq dairələrini kəşf etmək imkanı əldə edirlər. Bundan əlavə, tələbələr eyni anda iki ixtisas (double major) və ya əsas ixtisasa əlavə ikinci bir sahədə təhsil (minor) almaq imkanına sahibdirlər.

Dünyanın Ən Yaxşı Universitetləri və İnfrastruktur. Harvard, MIT, Stanford, Yale kimi universitetlər ABŞ-də yerləşir və dünya təhsil reytinqlərində daim lider mövqelərdə qərarlaşır. Bu ali təhsil müəssisələri tələbələrə müasir laboratoriyalar, elmi tədqiqat mərkəzləri və kitabxanalarla təmin edilmiş yüksək səviyyəli infrastruktur təqdim edir. 

Praktiki Təhsil və Tədqiqat İmkanları. ABŞ kollecləri nəzəri biliklərlə yanaşı, praktiki təhsilə də xüsusi diqqət yetirir. Tələbələr dərs zamanı real layihələr üzərində işləyir, startaplarda iştirak edir və təcrübə proqramlarına cəlb olunurlar. Bundan əlavə, bir çox universitetlərdə tələbələr üçün müxtəlif araşdırma proqramları mövcuddur. Onlar professorlarla birgə elmi işlər apararaq məqalələr dərc edə və konfranslarda iştirak edə bilirlər.

Beynəlxalq Şəbəkə və Karyera İmkanları. ABŞ-də təhsil almaq tələbələrə geniş beynəlxalq şəbəkə və qlobal əmək bazarında rəqabət üstünlüyü qazandırır. Burada təhsil alan tələbələr dünyanın müxtəlif ölkələrindən olan gənclərlə tanış olur və fərqli mədəniyyətlərlə  işləmək təcrübəsi qazanırlar. Həmçinin, Amerika kollecləri birbaşa texnologiya nəhəngləri və beynəlxalq şirkətlərlə əməkdaşlıq etdiyi üçün məzunlar qlobal karyera imkanlarına daha yaxın olurlar.

Təqaüd və Maliyyə Dəstəyi İmkanları. Amerika universitetləri istedadlı və akademik göstəriciləri yüksək olan tələbələr üçün müxtəlif təqaüd proqramları təqdim edir. Dövlət və özəl fondlar tərəfindən maliyyələşən bu təqaüdlər həm ABŞ vətəndaşları, həm də beynəlxalq tələbələr üçün əlçatandır.

 

Amerikada kollec oxumaq üçün tələb olunan şərtlər nələrdir?

Amerikada kollec təhsili almaq istəyən beynəlxalq tələbələr müəyyən şərtləri yerinə yetirməlidirlər. Bu şərtlər qəbul prosesinin müxtəlif mərhələlərini əhatə edir və hər bir universitetin spesifik tələblərinə görə dəyişə bilər. Aşağıda Amerikada kollec oxumaq üçün əsas tələblər qeyd edilmişdir:

  • Akademik göstəricilər və transkriptlər
  • Standartlaşdırılmış testlər (SAT/ACT)
  • Dil İmtahanları (TOEFL/IELTS)
  • Motivasiya məktubu (Personal Statement/Essay)
  • Tövsiyə məktubları
  • Viza və sənəd prosesləri

Akademik göstəricilər və transkriptlər. Amerikada kollecə qəbul olmaq üçün orta məktəb (və ya indiki/əvvəlki ali təhsil) nəticələri əsas rol oynayır. Tələbələr öz ölkələrindəki məktəbdən rəsmi akademik transkriptlərini əldə etməli və ingilis dilinə rəsmi tərcümə etdirməlidirlər. Universitetlər  GPA (Grade Point Average) sistemindən istifadə edir və minimum tələbləri müəyyənləşdirir.

Standartlaşdırılmış testlər (SAT/ACT və TOEFL/IELTS). ABŞ-də təhsil almaq üçün SAT (Scholastic Assessment Test) və ya ACT (American College Testing) nəticələri tələb olunur. Bundan əlavə, ingilis dili biliyini sübut etmək üçün beynəlxalq tələbələr TOEFL və ya IELTS imtahanından keçməlidirlər. Əksər kolleclər TOEFL üçün minimum 80-100, IELTS üçün isə 6.0-7.5 bal tələb edir.

Motivasiya məktubu (Personal Statement/Essay). Əksər kolleclər tələbələrdən motivasiya məktubu və ya esselər yazmağı tələb edir. Bu yazılar tələbənin akademik məqsədlərini, niyə məhz həmin kolleci seçdiyini və gələcək planlarını izah etməlidir.

Tövsiyə məktubları. Beynəlxalq tələbələrin müəllimlərindən və ya işəgötürənlərindən tövsiyə məktubları təqdim etmələri də tələb oluna bilər. Bu məktublar tələbənin akademik və şəxsi keyfiyyətlərini təsdiqləyir.

Viza və sənəd prosesləri. ABŞ-də təhsil almaq üçün F-1 tələbə vizası tələb olunur. Bunun üçün qəbul məktubu (I-20 forması), maliyyə sənədləri və SEVIS (Student and Exchange Visitor Information System) haqqının ödənilməsi lazımdır.

Bu şərtləri yerinə yetirən tələbələr Amerikada kolleclərə müraciət edərək keyfiyyətli təhsil almaq imkanı əldə edə bilərlər.

Amerikada universitet və kollec arasındakı fərqlər nələrdir?

Amerika Birləşmiş Ştatlarında (ABŞ) ali təhsil sistemi müxtəlif növ müəssisələrdən ibarətdir. Ən çox rast gəlinən iki əsas termin kollecuniversitet olsa da, bu anlayışlar digər ölkələrdəki təhsil sistemləri ilə eyni mənanı vermir. Bir çox beynəlxalq tələbə ABŞ-də kolleclə universitet arasındakı fərqləri anlamaqda çətinlik çəkir. Aşağıda bu iki təhsil müəssisəsi arasındakı əsas fərqlər izah edilir.

Təhsil strukturu və proqramlar. Kolleclərdə adətən bakalavr dərəcəsi (undergraduate) üzrə təhsil verir və daha çox ixtisaslaşmış bir təhsil sisteminə malik olur. ABŞ-də "community college" və "liberal arts college" kimi müxtəlif kollec növləri mövcuddur. “Community college”lər ikiillik təhsili təqdim edir və tələbələr daha sonra dördillik universitetlərə keçid edə bilirlər.

Kolleclərdən fərqli olaraq (bəzi kolleclər var ki, magistratura (Boston Collage) və doktorantura, yə ni phd proqramları da təklif edir) universitetlər həm bakalavr, həm magistratura, həm də doktorantura proqramları təklif edirlər. Universitetlər çox vaxt daha geniş elmi-tədqiqat imkanları ilə seçilir və daha böyük tələbə bazasına malik olur. 

Miqyas və infrastruktur. Kolleclər adətən daha kiçik miqyasda fəaliyyət göstərir və tələbələrin daha fərdi diqqət görməsi üçün əlverişli şərait yaradır. Kiçik sinif otaqları və fokuslanmış təhsil mühiti kolleclərin üstünlüklərindəndir. Universitetlər isə daha böyük kampuslara, geniş laboratoriyalara, kitabxanalara və elmi-tədqiqat mərkəzlərinə malik olur. Burada tələbələr həm akademik, həm də praktiki fəaliyyətlərə daha geniş şəkildə qoşula bilərlər.

Fakültə və elmi-tədqiqat imkanları: Kolleclərdə əsas diqqət bakalavr təhsilinə yönəldiyi üçün professorların əsas məqsədi dərs demək və tələbələrlə daha yaxından işləməkdir. Universitetlərdə isə elmi tədqiqat mühüm rol oynayır. Burada professorlar akademik araşdırmalar aparır və tələbələr də bu tədqiqatlara qoşula bilirlər.

Təhsil xərcləri və təqaüd imkanları. Kolleclər adətən universitetlərə nisbətən daha aşağı təhsil haqqına malik olur. Universitetlərdə isə təhsil xərcləri yüksək olsa da, müxtəlif təqaüd və maliyyə dəstəyi imkanları təqdim olunur.

Diplom və karyera perspektivləri. Kollec məzunları iş bazarına birbaşa qoşula bilirlər. Universitet məzunları magistr və doktorantura dərəcələri alaraq akademik və elmi sahələrdə daha yüksək səviyyəyə çata bilirlər.

ABŞ-də kollec oxuyarkən işləmək mümkündürmü?

Amerikada təhsil alan beynəlxalq tələbələr üçün işləmək müəyyən qaydalar çərçivəsində mümkündür. ABŞ hökuməti tələbə vizası (F-1) ilə ölkədə olan beynəlxalq tələbələrə müəyyən məhdudiyyətlər qoyur, lakin bu məhdudiyyətlər daxilində işləmək mümkündür. 

Qeyd edək ki, F-1 vizası olan tələbələr yalnız kampus daxilində müəyyən işlərdə işləyə bilərlər. Bu işlər əsasən universitet kitabxanasında, kafelərdə,  professorlarla, laboratoriyalarda, idman komplekslərində və ya administrativ ofislərdə olur. Kampus daxili işlər üçün əsas qaydalar bunlardır:

  • Tələbə yalnız həftədə maksimum 20 saat işləyə bilər.
  • Tətil və yay tətillərində bu limit 40 saata qədər artırıla bilər.
  • İş yalnız universitet tərəfindən təsdiqlənmiş müəssisələrdə olmalıdır.

Tələbələrin kollecdən kənarda işləməsi daha çətin olsa da, bəzi xüsusi hallarda icazə verilə bilər. Bunun üçün iki əsas proqram mövcuddur:

Curricular Practical Training (CPT): Təhsil proqramı çərçivəsində praktik təcrübə imkanı yaradır. Bu proqram yalnız kollecin təsdiq etdiyi və dərslə əlaqəli olan işlər üçündür.

Optional Practical Training (OPT): Məzuniyyətdən əvvəl və ya sonra tələbələrə öz ixtisaslarına uyğun sahələrdə işləməyə icazə verir. OPT üçün ABŞ immiqrasiya xidmətindən xüsusi icazə alınmalıdır.

Amerikada kollec oxumaq üçün ən çox seçilən ixtisaslar hansılardır?

ABŞ kollecləri müxtəlif sahələr üzrə müasir və tələbat olan proqramlar təklif edirlər. Beynəlxalq və yerli tələbələr arasında müəyyən sahələr isə xüsusilə populyardır. ABŞ-də ən çox seçilən ixtisaslar aşağıdakılardır:

  • Biznes və menecment
  • Kompüter elmləri və informasiya texnologiyaları
  • Səhiyyə və tibb elmləri
  • Mühəndislik (Engineering)
  • Hüquq (Law)
  • Psixologiya və sosial elmlər

Yuxarıdakı siyahıda da qeyd olunduğu kimi, Amerikada kollec təhsili almaq istəyən tələbələr üçün müxtəlif sahələrdə geniş imkanlar mövcuddur. Həm gələcək maaş perspektivi, həm də iş bazarındakı tələbat baxımından mühəndislik, kompüter elmləri və biznes ən populyar ixtisaslar arasındadır. Seçim edərkən həm şəxsi maraqları, həm də karyera perspektivlərini nəzərə almaq vacibdir.

Amerikada kollec oxumaqla bağlı ən çox verilən suallar

İndiyə qədər danışdıqlarımızla yanaşı ABŞ-də kollec təhsili ilə bağlı çoxsaylı suallar ünvanlanır. Bu sualları və sualların cavablarını sizə təqdim edirik.

Amerikada kolleclər dövlət və ya özəldir?

ABŞ-də həm dövlət (public) kollecləri, həm də özəl (private) kolleclər var. Dövlət kollecləri daha ucuz təhsil haqqına malik olur. Özəl kolleclər isə daha yüksək təhsil haqqı tələb etsə də, təqaüd və maliyyə yardımı imkanları təklif edir. 

ABŞ-də kollecdə oxuyan tələbələr praktikaya gedə bilirlərmi?

Bəli, ABŞ-də beynəlxalq tələbələr CPT (Curricular Practical Training)OPT (Optional Practical Training) vasitəsilə praktikaya gedə bilərlər. CPT təhsil müddətində icazə verilən və dərs proqramına uyğun olan praktikalardır. OPT isə təhsil bitdikdən sonra 12 aya qədər işləmək imkanı yaradır. STEM (Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat) sahəsində oxuyanlar üçün isə OPT müddətinin 3 ilə qədər uzadılması mümkündür. 

ABŞ-də kollecdə təhsil almaq üçün təqaüdlər mövcuddurmu?

Bəli, ABŞ-də həm universitetlər, həm də müxtəlif fondlar tərəfindən beynəlxalq tələbələr üçün təqaüd proqramları mövcuddur. Məşhur təqaüdlərə Fulbright, Hubert Humphrey Fellowship, Gates Scholarship və universitetlərin öz daxili təqaüd proqramları daxildir. Ən yaxşı nəticəyə malik tələbələr təhsil haqlarının tam və ya qismən ödənilməsi üçün müraciət edə bilərlər.

ABŞ-də oxumaq üçün yaş məhdudiyyəti varmı?

Xeyr, ABŞ-də kolleclərdə oxumaq üçün rəsmi yaş məhdudiyyəti olmasa da, bəzi universitetlərə 16-17 yaşda qəbulla bağlı müəyəyn problemlər yaranır Əksər tələbələr orta məktəbi bitirdikdən sonra 17-19 yaş aralığında kolleclərə qəbul olurlar. Buna baxmayaraq yaşlı tələbələr, yəni ikinci dəfə ali təhsil almaq və ya karyerasını dəyişmək istəyən şəxslər də rahatlıqla kolleclərə qəbul ola bilərlər.

Müraciət formu

Səyahətinizə bu gün başlayın! Formu doldurun, mütəxəssislərimizlə əlaqə saxlayın və akademik və karyera hədəflərinizə doğru ilk addımı atın.

Form background Form person

Bizimlə Əlaqə

Xaricdə təhsil ilə bağlı məsləhətə ehtiyacınız var? Peşəkar konsultantlarımız sizə kömək etməyə hazırdır! Bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz:

Phone

Zəng edin

+994 50 836-44-99
Mail

E-mail yazın

[email protected]
Location

Ünvana gəlin

Ağ Şəhər, İlqar Mirzəyev 6, Park Place ofis mərkəzi 2-ci mərtəbə.