Bizi izlə:
Facebook Instagram Linkedin Tiktok
clock İş saatları:

10:00 - 18:00

phone Yardım xətti: +994 50 836-44-99

10:00 - 18:00

cover

Giriş

Amerikada magistr təhsili almaq istəyən beynəlxalq tələbələr üçün təhsil haqları, təqaüdlər və maliyyə imkanları əsas diqqət mərkəzindədir. ABŞ universitetlərində magistr proqramlarının qiymətləri seçilən universitetə, ixtisasa və təhsil formasına görə dəyişir. Magistr təhsilini daha münasib qiymətə almaq üçün təqaüd, tədqiqat köməkçiliyi və kampus daxili iş imkanları da nəzərdən keçirilməlidir.

Bu yazıda Amerikada magistr təhsilinin qiymətləri, ən sərfəli variantları barədə ətraflı məlumat təqdim edəcəyik!

ABŞ-də magistr təhsili üçün ən yaxşı universitetlər hansılardır?

Amerikada magistr təhsili almaq istəyən tələbələr üçün ən vacib suallardan biri hansı universiteti seçmək və bu seçimin maliyyə baxımından nə qədər sərfəli olmasıdır. ABŞ universitetləri iki əsas kateqoriyaya bölünür: dövlət və özəl universitetlər. Hər iki tip universitet yüksək keyfiyyətli təhsil təqdim etsə də, qiymət və maliyyə imkanları baxımından ciddi fərqlər var.

Amerikada prestijli özəl universitetlər və qiymətləri

ABŞ-də ən yüksək reytinqə malik özəl universitetlər dünya səviyyəsində akademik nüfuza malikdir. Lakin bu universitetlərdə magistr təhsilinin qiymətləri çox yüksəkdir:

  • Harvard University – 55,000 -  65,000 USD / illik
  • Stanford University –  50,000 -  62,000 USD / illik
  • Massachusetts Institute of Technology (MIT) –  53,000 -  60,000 USD / illik
  • Yale University –  50,000 -  65,000 USD / illik
  • Columbia University –  57,000 -  72,000 USD / illik

Bu universitetlər təqaüd və maliyyə yardımları baxımından geniş imkanlar təqdim edir, lakin yüksək qəbul tələbləri və rəqabət şəraiti səbəbindən beynəlxalq tələbələr üçün çətin seçim ola bilər.

Amerikada daha münasib qiymətə təhsil təklif edən dövlət universitetləri

Dövlət universitetləri adətən özəl universitetlərdən daha sərfəli təhsil haqlarına malikdir. Bu universitetlərdə yerli tələbələr üçün daha aşağı qiymətlər tətbiq olunsa da, beynəlxalq tələbələr üçün də münasib təhsil haqları olan variantlar mövcuddur. Ən yaxşı dövlət universitetləri və magistr təhsil haqqı aşağıdakı kimidir:

  • University of California, Berkeley –  18,000 -  30,000 USD / illik
  • University of Texas at Austin –  15,000 -  25,000 USD / illik
  • Purdue University –  20,000 -  28,000 USD / illik
  • University of Florida –  14,000 -  22,000 USD / illik
  • University of Illinois at Urbana-Champaign –  18,000 -  28,000 USD / illik

Dövlət universitetləri yüksək akademik keyfiyyət təqdim edir və xüsusilə texnologiya, mühəndislik, biznes və tibb sahələrində güclü magistr proqramları ilə tanınır.

Amerikada magistr təhsili üçün dövlət, yoxsa özəl universitet yaxşıdır? 

Özəl universitetlərdə magistr təhsilinin qiyməti adətən 50,000 - 80,000 USD arasında dəyişir. Dövlət universitetlərində isə beynəlxalq tələbələr üçün bu rəqəm 15,000 - 35,000 USD arasında olur. Onlayn magistr proqramları və part-time seçimlər isə daha münasib variantlar təqdim edir. Yəni, büdcəyə uyğun magistr proqramı axtaran tələbələr üçün dövlət universitetləri daha sərfəli variantdır.

Ştat Daxili və Ştat Xarici Təhsil Haqları: Beynəlxalq Tələbələr Üçün Nə Qədər Fərq Var?

ABŞ dövlət universitetləri adətən yerli (in-state) və xarici (out-of-state) tələbələr üçün fərqli təhsil haqları tətbiq edir. Yerlı tələbələr üçün təhsil haqqı çox vaxt 10,000-20,000 USD arasında dəyişir. Beynəlxalq tələbələr və ştat xaricindən gələn tələbələr üçün bu məbləğ 20,000 - 40,000 USD arasında ola bilər. Məsələn:

  • University of California, Los Angeles (UCLA) – Yerli tələbələr üçün 13,000 USD, beynəlxalq tələbələr üçün  30,000 USD.
  • University of Michigan – Yerli tələbələr üçün  16,000 USD, beynəlxalq tələbələr üçün  42,000  USD.

Bu fərqlər səbəbindən beynəlxalq tələbələr üçün təqaüd imkanları çox vacibdir. Əgər prestij və akademik nüfuz önəmlidirsə, özəl universitetlər daha yaxşı seçimdir. Əgər daha münasib qiymətə magistr təhsili almaq istəyirsinizsə, dövlət universitetləri və təqaüdlü proqramlar ən yaxşı variantdır.

Amerikada magistr təhsili üçün ən ucuz ştatlar və şəhərlər hansılardır?

Amerikada magistr təhsili almaq istəyən beynəlxalq tələbələr üçün təhsil haqları və yaşayış xərcləri əsas amillərdən biridir. Böyük şəhərlərdə yerləşən universitetlər adətən daha bahalı olsa da, bəzi ştatlar və şəhərlər tələbələr üçün daha sərfəli magistr proqramları təqdim edir.

ABŞ-də bəzi ştatlar aşağı təhsil haqqı və münasib yaşayış xərcləri ilə beynəlxalq tələbələr üçün əlverişli imkanlar yaradır. Orta hesabla magistr təhsili $15,000 - $30,000 aralığında dəyişən və tələbələr üçün münasib olan əsas ştatlar bunlardır:

  • Texas – Geniş dövlət universitetləri şəbəkəsi və münasib qiymətli magistr proqramları ilə tanınır.
  • Florida – Təhsil haqları və yaşayış xərcləri digər böyük ştatlara nisbətən daha aşağıdır.
  • North Carolina – Güclü akademik infrastruktura malikdir və magistr proqramları üçün münasib qiymətlər təklif edir.
  • Georgia – Dövlət universitetləri və daha münasib magistr proqramları ilə seçilir.

Ştat

Orta Təhsil Haqqı (İllik)

Məşhur Universitetlər

Texas

$15,000 - $25,000

University of Texas, Texas A&M

Florida

$14,000 - $22,000

University of Florida, Florida State University

North Carolina

$16,000 - $24,000

University of North Carolina, North Carolina State University

Georgia

$15,000 - $26,000

Georgia Tech, University of Georgia

Bu universitetlər dövlət maliyyələşdirilməsi və beynəlxalq tələbələr üçün təqdim edilən təqaüdlərlə daha münasib təhsil xərcləri təqdim edir.

Yuxarıda adları qeyd edilən şatatların əksinə böyük şəhərlərdə yerləşən universitetlər adətən daha yüksək təhsil haqları və yaşayış xərclərinə malikdir. New York, California və Massachusetts kimi bölgələrdə həm təhsil, həm də yaşayış qiymətləri yüksəkdir. Məsələn, New York University (NYU) və Columbia University kimi universitetlərdə magistr təhsili $50,000+ ola bilər.

Daha münasib qiymətə magistr təhsili almaq üçün kiçik şəhərlərdə yerləşən universitetlər daha yaxşı seçim ola bilər. Bu şəhərlərdə həm kirayə, həm də gündəlik xərclər böyük şəhərlərə nisbətən daha aşağıdır. 

Yekun olaraq qeyd edək ki, magistr təhsilini daha münasib qiymətə almaq istəyən tələbələr üçün Texas, Florida, North Carolina və Georgia kimi ştatlar ən yaxşı seçimlər arasındadır. Kiçik şəhərlərdə yerləşən universitetlər daha aşağı təhsil haqqı və yaşayış xərcləri təqdim edərək tələbələrə daha sərfəli seçimlər təklif edir. 

Amerikada magistr təhsili üçün ən sərfəli variantı necə seçmək olar?

Amerikada magistr təhsili almaq istəyən beynəlxalq tələbələr üçün qiymət və keyfiyyət balansını düzgün müəyyən etmək, təqaüdlərdən yararlanmaq və gələcək iş imkanlarını nəzərə almaq vacibdir. Doğru seçim etmək həm maliyyə yükünü azaldır, həm də akademik və karyera baxımından daha yaxşı nəticələr əldə etməyə kömək edir.

Magistr proqramı seçərkən yalnız təhsil haqqını deyil, həm də proqramın keyfiyyətini və iş imkanlarını nəzərə almaq vacibdir. Bunun üçün aşağıdakı meyarlar üzrə seçim etmək tövsiyə olunur:

  • Dövlət universitetləri və özəl universitetlər arasında balans tapın.
  • İxtisasınıza uyğun proqram seçin.
  • Təhsil haqqından əlavə digər xərcləri də hesablayın.

Dövlət universitetləri və özəl universitetlər arasında balans tapın. Məsələn, University of Texas, Purdue University və University of Florida kimi dövlət universitetləri nisbətən daha münasib qiymətə yüksək keyfiyyətli təhsil təqdim edir. Harvard, Stanford və Columbia kimi özəl universitetlər isə yüksək reytinqə malik olsa da, qiymətləri bahadır.

İxtisasınıza uyğun proqram seçin. Mühəndislik və texnologiya sahələri üçün Georgia Tech və University of Illinois sərfəli və keyfiyyətli seçimdir. Biznes və MBA üçün University of North Carolina və Indiana University daha münasibdir.

Təhsil haqqından əlavə digər xərcləri də hesablayın. Universitetin yerləşdiyi şəhərin yaşayış və kirayə xərcləri də nəzərə alınmalıdır. Kiçik şəhərlərdə yerləşən universitetlər adətən daha ucuz yaşayış və təhsil haqqı təqdim edir.

Bütün bunlarla yanaşı təhsil xərclərini minimuma endirmək üçün təqaüdlər və maliyyə yardımları mühüm rol oynayır. Tam və qismən maliyyələşdirilən təqaüdlərə müraciət edin. Misal üçün:

  • Fulbright Təqaüdü – Beynəlxalq tələbələr üçün tam maliyyələşdirilən proqram.
  • AAUW International Fellowships – Qadın tələbələr üçün təqaüd.
  • University-specific Scholarships – Universitetlərin daxili maliyyə yardımları.

Həmçinin RA və TA proqramlarına müraciət edin:

  • Research Assistantship (RA) – Tədqiqat layihələrində işləyərək maaş və təhsil haqqı güzəştləri qazanmaq.
  • Teaching Assistantship (TA) – Dərs demək və ya professorlara kömək edərək maliyyə dəstəyi almaq.

Ən əsas isə özəl fondlar və qeyri-hökumət təşkilatlarının təqaüdlərini araşdırın.

Amerikada Magistr Təhsili Qiymətləri: Tez-Tez Verilən Suallar

ABŞ-də magistr təhsili almaqla bağlı tez-tez verilən suallar var ki, o sualları və sualların cavablarını təqdim edirik. 

Amerikada həm işləyib, həm də magistr oxumaq mümkündürmü?

Bəli, beynəlxalq tələbələr kampus daxilində həftədə 20 saata qədər işləyə bilərlər. Bundan əlavə, part-time magistr proqramları və onlayn magistr proqramları işləyən tələbələr üçün ideal seçimdir. Bəzi universitetlər magistr tələbələrinə OPT və CPT proqramları vasitəsilə işləməyə icazə verir.

ABŞ-də magistr təhsili üçün hansı sahələrdə təhsil haqları daha münasibdir?

Humanitar elmlər, ictimai elmlər və bəzi sosial elmlər sahələrində magistr proqramlarının qiyməti daha münasibdir. Texnologiya, tibb və biznes kimi sahələrdə isə təhsil haqları daha yüksəkdir. Məsələn, MBA proqramları və tibb sahəsində magistr təhsili 50,000+ USD ola bilər.

ABŞ-də magistr təhsilini hissə-hissə ödəmək mümkündürmü?

Bəli, bir çox universitetlər tələbələrə ödəniş planları təklif edir. Bu sistem vasitəsilə tələbələr təhsil haqqını birdəfəlik ödəmək əvəzinə aylıq və ya semestr əsaslı hissələrlə ödəyə bilərlər. Bunun üçün universitetin maliyyə ofisi ilə əlaqə saxlamaq və ödəmə planlarını əvvəlcədən müzakirə etmək tövsiyə olunur.

ABŞ-də magistr təhsili alarkən evdən işləmək mümkündürmü?

Bəli, bəzi universitetlərdə hibrid və ya tam onlayn magistr proqramları var ki, bu da tələbələrə eyni zamanda işləməyə imkan yaradır. Həmçinin, freelance işlər və uzaqdan işləmə (remote work) beynəlxalq tələbələr üçün əlavə gəlir mənbəyi ola bilər, amma bu işlərin viza qaydalarına uyğun olması vacibdir.

ABŞ-də magistr oxuyarkən ailə üzvlərimi özümlə gətirə bilərəmmi?

Bəli, F-1 tələbə vizası olanlar ailə üzvləri (həyat yoldaşı və övladları) üçün F-2 vizası ala bilərlər. Lakin, F-2 viza sahibləri ABŞ-də işləyə bilməzlər, bu səbəbdən tələbələr ailə üzvləri ilə gəlməzdən əvvəl maliyyə planlarını düzgün qurmalıdırlar.

ABŞ-də magistr proqramlarını daha tez bitirmək mümkündürmü?

Bəli, bəzi universitetlər Accelerated Master’s Programs təklif edir ki, bu da tələbələrə magistr təhsilini 12-18 ay ərzində tamamlamağa imkan yaradır. Bunun üçün daha intensiv dərs cədvəlinə uyğunlaşmaq və yay aylarında da dərsləri davam etdirmək tələb olunur.

Müraciət formu

Səyahətinizə bu gün başlayın! Formu doldurun, mütəxəssislərimizlə əlaqə saxlayın və akademik və karyera hədəflərinizə doğru ilk addımı atın.

Form background Form person

Bizimlə Əlaqə

Xaricdə təhsil ilə bağlı məsləhətə ehtiyacınız var? Peşəkar konsultantlarımız sizə kömək etməyə hazırdır! Bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz:

Phone

Zəng edin

+994 50 836-44-99
Mail

E-mail yazın

[email protected]
Location

Ünvana gəlin

Ağ Şəhər, İlqar Mirzəyev 6, Park Place ofis mərkəzi 2-ci mərtəbə.