ÖDƏNİŞSİZ İngilis Dili Səviyyə İmtahanı: 3-7 Noyabr tarixlərində
ÖDƏNİŞSİZ İngilis Dili Səviyyə İmtahanı: 3-7 Noyabr tarixlərində
UniDestin Təhsil Mərkəzində 3-7 noyabr tarixlərində saat 11:00, 12:00 , 15:00 və 16:00 - da ingilis dili biliklərinin qiymətləndirilməsi məqsədilə ödənişsiz səviyyə imtahanı təşkil edilir. İmtahan CEFR standartlarına uyğun olaraq hazırlanıb və iştirakçıların dil bacarıqlarının dəqiq ölçülməsini təmin edəcək.
İmtahanda iştirak edən şəxslər cəmi 60 dəqiqə ərzində ingilis dili səviyyələrini (A1-C1) müəyyən edə biləcəklər. İmtahan nəticələri elə yerində, imtahan bitdikdən dərhal sonra təqdim ediləcək.
İmtahan nəticəsinə əsasən B1 və daha yüksək (B1+) nəticə göstərən iştirakçılara sertifikat təqdim ediləcək.
Yerlər məhdud olduğundan bu imkandan yararlanmaq istəyən iştirakçılardan öncədən əlaqə saxlayaraq qeydiyyatdan keçmək və öz vaxtını seçmək tələb olunur.
İmtahanların üstünlükləri:
• CEFR standartlarına uyğun qiymətləndirmə
• 60 dəqiqəlik test və dərhal nəticə
• B1+ nəticə üçün rəsmi sertifikat
• Şəxsi dil inkişaf planının hazırlanması
UniDestin Təhsil Mərkəzi bu təşəbbüsü ilə Sizə ingilis dili səviyyənizi obyektiv ölçmək imkanı qazanacaqsınız.