
Avropada ucuz və keyfiyyətli təhsil imkanı
Avropada ali təhsil almaq bir çox gəncin arzusudur. Çünki Avropanın məşhur universitetləri keyfiyyətli təhsil verməklə yanaşı, gələcəkdə Avropa İttifaqı ərazisində yaşamaq, işləmək imkanlarına da yol açır.
Bəs Avropada ali təhsil almaq üçün nə etmək lazımdır?
- Addım #1: Avropada ucuz və keyfiyyətli təhsil imkanı
- Addım #2: Universitet və proqram seçimi
- Addım #3: Dil tələblərinə hazırlıq
- Addım #4: Akademik tələblər və sənədlər
- Addım #5: Təqaüd və maliyyə dəstəyi
- Addım #6: Qəbul və viza məsələləri
- Addım #7: Populyar ölkələr və xüsusiyyətləri
Universitet və proqram seçimi
Əlbəttə, əvvəlcə təhsil almaq istədiyiniz sahəni müəyyənləşdirməlisiniz. Daha sonra isə hədəf ölkənin təhsil sistemini və universitetlərin qəbul tələblərini öyrənmək lazım gələcək. Bu işdə UniDestin Sizin ən yaxşı bələdçiniz ola bilər.
Dil tələblərinə hazırlıq
İngilis dili tələb olunursa, IELTS və ya TOEFL imtahanlarından yüksək bal toplamaq lazımdır. Almaniya, Fransa, İtaliya kimi ölkələrdə yerli dildə təhsil üçün TestDaF, DELF/DALF kimi sertifikatlara ehtiyac ola bilər.
Akademik tələblər və sənədlər
Avropa universitetlərinə qəbul prosesində iştirak etmək üçün bir çox sənədlərə ehtiyac var. Sənədlərin doğru, düzgün və peşəkar doldurulması çox vacibdir. Bu sənədlər siyahısında orta məktəb imtahan nəticələri ilə yanaşı motivasiya məktubları, transkriptlər, dil bilgisi sertifikatları və s var.
Təqaüd və maliyyə dəstəyi
Erasmus+, DAAD, Chevening, Fulbright, Türkiye Bursları kimi beynəlxalq təqaüdləri araşdırın. Ödənişli oxuyacaqsınızsa, təhsil haqqını və yaşayış xərclərini nəzərə alın.
Qəbul və viza məsələləri
Universittətə qəbul üçün müraciət edib, lazımi sənədləri göndərmək lazımdır. Qəbul aldıqdan sonra isə tələbə vizası üçün səfirliyə müraciət edilməlidir. Viza sənədləri ayrıca toplanır və qəbul sənədi ilə birlikdə təqdim edilir. Yaşayış məsələləri üçün universitetin yataqxanası və ya kirayə ev variantları da araşdırılmalıdır.
Populyar ölkələr və xüsusiyyətləri
Almaniya – Çox universitetlərdə pulsuz təhsil, amma alman dili tələb oluna bilər.
İtaliya – Təqaüdlər və münasib təhsil haqları var.
Hollandiya – İngilis dilli proqramlar çoxdur, amma təhsil haqqı yüksək ola bilər.
Fransa – Dövlət universitetlərində münasib qiymətlər, fransız dili önəmlidir.
İsveç və Norveç – Bəzi universitetlərdə pulsuz təhsil mümkündür.